Növbəti səfəri çərçivəsində Azərbaycan Respublikasının ictimai xadimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru, bir sıra beynəlxalq layihələrin təşəbbüskarı olan Leyla xanım Əliyeva Şamaxı rayonunda olub.
Səfər zamanı Leyla Əliyeva əslən Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cıvıxlı kəndindən olan, hazırda Şamaxının Şirvan kəndində yaşayan tanınmış sənətkar Aşıq İxtiyar Qocayevin evində qonaq olub. Görüş zamanı milli aşıq sənəti, folklor irsi və Qarabağdan Qərbi Azərbaycana uzanan aşıq ənənələrinin yaşadılması ilə bağlı səmimi söhbətlər aparılıb.
Bu ziyarət həm də xalq mədəniyyətinə, aşıq sənətinə göstərilən diqqət və ehtiramın bariz nümunəsidir.
Tahirə AĞAMİRZƏ