İcma nümayəndələri aşıq sənətimizin parlaq nümayəndəsi, böyük el sənətkarı Dədə Ələsgərin abidəsi önünə tər güllər düzmüş, poeziyamızın dühasının xatirəsini ehtiramla yad etmişlər.
Qeyd edək ki, Aşıq Ələsgər Qərbi Azərbaycanda - Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaratmış, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs vermişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi münasibətilə 1972-ci ildə doğulduğu Ağkilsə kəndində onun abidəsi ucaldılmışdı, lakin Qərbi Azərbaycanlıların öz ata-baba yurdundan sonuncu 1987-91-ci illər deportasiyası zamanı abidə yerlə-yeksan edilmişdi.
Tahirə AĞAMİRZƏ