09.06.2025, 13:20
AZ EN
27.01.2023, 13:21 333

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocavənd məktəbində olub

XƏBƏRLƏR
  • Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "Gənc Qadınlar Sülh uğrunda" təşəbbüs qrupunun təşkilatçılığı ilə 7 regionda keçirilən "Sağlam yeniyetməlik" layihəsi çərçivəsində yanvarın 26-da Xocavənd rayonunun Tuğ kənd tam orta məktəbinə səfər edib. İlk öncə məktəblə tanış olan səfirə qədim Tuğ kəndi və 140 illik tarixi olan Tuğ kənd tam orta məktəbi haqqında geniş məlumat verilib.

Görüşdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva qədim Tuğ məktəbində keçirilən bu görüşdən məmnunluğunu ifadə edərək, 30 illik tarixə malik Böyük Britaniya-Azərbaycan arasında əlaqələrin tarixi və strateji əhəmiyyətini vurğulayıb. Ə.Quliyeva 44 günlük Vətən müharibəsi dövründə BMT-nin Təhlükəsizlik Şurasında bəzi dövlətlərin ölkəmizlə bağlı qərəzli mövqe nümayiş etdirdiyi halda  Böyük Britaniyanın ədalətin bərqərar olmasına kömək göstərdiyini diqqətə çatdırdı.

Tədbirdə çıxış edən səfir Fergus Auld mehriban və isti münasibətə görə  minnətdarlığını bildirib, Tuğ kənd tam orta məktəbində olmağından məmnunluğunu ifadə edib. O, həmçinin Azərbaycanda olduğu 5 ay müddətində bir çox rayonlarımızda olduğunu və insanlarımızın qonaqpərvərliyinin onu daha çox cəlb etdiyini, mətbəximizi, mədəniyyətimizi sevdiyini söləyib. Tədbirin mahiyyətinə diqqət çəkən səfir öz fəaliyyətində təhsil və gender məsələlərinin prioritet istiqamət olduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə həyata keçirilən layihələrin daim dəstəklənəcəyini bildirib.

  BREN layihəsi ölkə üzrə koordinatoru Kamilə Qorxmazova Böyük Britaniya hökuməti tərəfindən dəstəklənən layihəsinin önəmindən danışıb.

"Gənc Qadınlar Sülh uğrunda" təşəbbüs qrupunun rəhbəri Leyla Cahangirova isə çıxışında 7 regionda keçirilən "Sağlam yeniyetməlik" təlimləri haqqında danışıb, layihənin məqsədi, hədəfi və əldə olunan nəticə haqqında tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, tədbir şagirdlərlə maraqlı diskussiya şəklində davam edib. Sonda səfirlə xatirə şəkilləri çəkdirilib.

Mina RƏŞİD

Oxşar xəbərlər