08.09.2024, 05:48
AZ EN
22.06.2023, 17:44 206

Ağdamda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib

XƏBƏRLƏR
  • Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzində 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

İcra başçısı Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək Ulu Öndərin 22 may 1998-ci il tarixli Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmasıdan bəhs ediblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər