09.04.2026, 19:16
AZ EN
09.04.2026, 17:30 27

Xankəndidə mina təhlükəsinə dair birgə tədbir təşkil olunub

QARABAĞ
  • Xankəndi şəhərində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) və işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən rayon, şəhər və hərbi prokurorluqların əməkdaşlarının iştirakı ilə mina təhlükəsinə dair birgə tədbir keçirilib.

ANAMA-dan verilən məlumata görə, tədbirin məqsədi mina təhlükəsi, eləcə də partlamamış sursatlarla mübarizə sahəsində aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, mövcud praktikanın müzakirəsi, habelə bilik və təcrübənin qarşılıqlı mübadiləsinin təşkili olub.

Tədbir çərçivəsində Şuşa, Ağdam, Xocavənd, Xocalı rayon, Xankəndi şəhəri, habelə Tərtər və Ağdam hərbi prokurorluqları əməkdaşlarının iştirakı ilə mina təhlükəsi ilə bağlı mövcud vəziyyət, partlayıcı sursatların yaratdığı risklər və aidiyyəti qurumların fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb.

Çıxışlarda mina təhlükəsi ilə mübarizə sahəsində qurumlararası koordinasiyanın əhəmiyyəti qeyd olunub, mina riskinin azaldılması istiqamətində görülən işlər, bəzi ərazilərin konservasiya edilərək çəpərlənməsi, təhlükəli zonaların müəyyən edilməsi və əməliyyat fəaliyyətinin təşkilinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Həmçinin mina hadisələrinin başvermə səbəblərinin araşdırılması, zərərçəkmişlərin qeydiyyatının aparılması və fövqəladə hallarda operativ məlumat mübadiləsinin təmin olunması istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi arasında mövcud koordinasiyalı fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda iştirakçılar arasında mina təhlükəsi ilə mübarizə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub, həmçinin “Gizli ölüm toxumları” kitabı təqdim edilib. (AZƏRTAC)

Oxşar xəbərlər