Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin işçi qruplarının birgə iclası zamanı deyib.
O bildirib ki, Türk dövlətləri arasında təhsil, enerji, təhlükəsizlik məsələləri və mədəni sahələrdə tədbirlərin gücləndirilməsi çox önəmlidir.
Şamil Ayrımın sözlərinə görə, Azərbaycan və Türkiyə arasında parlamentlərarası əməkdaşlıq həm regional, həm də Türk dünyasında strateji əhəmiyyət daşıyır.
O qeyd edib ki, son dövrlərdə İran və ABŞ arasında baş verən gərginliklər fonunda Azərbaycanla Türkiyənin koordinasiyalı hərəkətləri bölgədə stabilliyin qorunmasında vacib rol oynayır.
Şamil Ayrım vurğulayıb ki, enerji, təhlükəsizlik və ticarət sahələrində Azərbaycanın rolu, Türkiyənin enerji keçid mərkəzi kimi strateji mövqeyi yalnız iqtisadi deyil, həm də regional təhlükəsizlik baxımından önəmlidir.
O əlavə edib ki, Şərqi Aralıq dənizindəki gərginliklər və Kipr məsələsi bu strateji əhəmiyyəti daha da artırır və bölgədə davamlı sülhün təmin edilməsi üçün birgə əməkdaşlıq vacibdir.
Şamil Ayrım, həmçinin Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyini qeyd edərək, parlamentlərarası dostluq qruplarının bu əməkdaşlığı gücləndirmək və Türk dünyasında birgə fəaliyyətin inkişafına töhfə vermək üçün vacib olduğunu diqqətə çatdırıb. (APA)