09.04.2026, 19:17
AZ EN
09.04.2026, 17:12 61

Baş redaktor: "Jurnalist daim hərəkətdə olmalıdır"

XƏBƏRLƏR
  • Jurnalist daim hərəkətdə olmalı, araşdırma aparmalı, reportajlara getməli və mənbələrlə aktiv əlaqə saxlamalıdır.

Bu fikirləri Valyuta.az saytının baş redaktoru, jurnalist Aygün Əhmədova Report Media Məktəbində keçirilən görüşdə səsləndirib.

Baş redaktor çıxışında deyib ki, jurnalist yalnız ofisdə oturmamalıdır: "Əgər siz sadəcə kompüter qarşısında işləyirsinizsə, zamanla bu peşədə lazım olmayacaqsınız".

Görüş zamanı A. Əhmədova vurğulayıb ki, maliyyə sahəsində çalışan jurnalist "yox" cavabına hazır olmalıdır. Onun sözlərinə görə, biznes adamları üçün vaxt olduqca dəyərlidir və onlar yalnız öz brendlərinə fayda verəcək müsahibələrə maraq göstərirlər.

"Əgər təqdim olunan material qarşı tərəfə heç nə qazandırmırsa, müsahibə almaq çətinləşir", – jurnalist deyib.

A. Əhmədova qeyd edib ki, Azərbaycanda iqtisadiyyatla bağlı yazmaq ümumiyyətlə asan iş deyil. O, əlavə edib ki, müsahiblə düzgün kommunikasiya qurmaq və münasib vaxtı gözləmək uğurun əsas şərtlərindəndir.

Aygün Əhmədova 1990-cı ildə Bərdə rayonunda anadan olub. 2011-ci ildə Bakı Avrasiya Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalistika fəaliyyətinə 2012-ci ildə "Üç nöqtə" qəzetində başlayıb. Növbəti iş yeri "Kaspi" qəzeti olub. Bir müddət sonra "Kaspi" qəzetinin "Gənclik" əlavəsinin redaktoru olaraq çalışıb. 2023-cü ilin avqust ayından Valyuta.az saytının baş redaktorudur. (Report)

Oxşar xəbərlər