09.04.2026, 18:04
AZ EN
09.04.2026, 15:40 154

Füzulili məcburi köçkünlərlə səyyar qəbul keçirilib

XƏBƏRLƏR
  • Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev Sabirabad rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlərin səyyar qəbulunu keçirib.

Səyyar qəbulda RİH başçısı Aparatının məsul şəxsləri və Sabirabad rayonunda müvəqqəti məskunlaşıb yaşayan Füzuli rayonundan olan məcburi köçkünlər iştirak ediblər.
Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərdən, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işlərindən və köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışdı.
Səyyar qəbulda vətəndaşların müraciətləri dinlənildi, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürüldü.

Oxşar xəbərlər