Bu barədə 122 saylı Xankəndi seçki dairəsinin dairə seçki komissiyasının sədri Ağalar Əliyev məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilər ilə əlaqədar 122 saylı Xankəndi seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər iki formada keçirilir. Bakı və Sumqayıt məntəqələrinin nümayəndələri treninqlərdə tam heyətlə iştirak edirlər. Rayonlarda yerləşən məntəqələrin nümayəndələri isə təlimə onlayn qaydada qoşulurlar. Treninqlər vasitəsilə həm təlimatlar verilir, həm də məntəqə üzvlərinin sualları cavablandırılır. (AZƏRTAC)