13.06.2025, 20:15
AZ EN
22.05.2025, 16:21 285

"Azərişıq": Qarabağ və Şərqi Zəngəzurda bütün yarımstansiyaların damında günəş panelləri var

XƏBƏRLƏR
  • Qarabağ və Şərqi Zəngəzur çox qısa müddətdə sıfır karbon emissiyası olan regiona çevriləcək.

Bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

Onun sözlərinə görə, hazırda səhmdar cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə yerləşən bütün yarımstansiyalarının damında günəş panelləri mövcuddur: "Biz COP29-da elan etmişdik ki, Qarabağ və Şərqi Zəngəzur 100 % "yaşıl enerji" ilə təmin ediləcək. Hazırda bu bölgədə bütün yarımstansiyalarımızın damında günəş panelləri var. Eyni zamanda, qarşısında dayandığımız Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin və Təlim Tədris Kompleksinin damında 5 kilovata yaxın gücdə günəş panelləri quraşdırılıb. Demək olar ki, Qarabağ və Şərqi Zəngəzurun bütün hissələrində "yaşıl texnologiyalar"dan istifadə olunur", - deyə o qeyd edib. (Report)

Oxşar xəbərlər