09.04.2026, 19:18
AZ EN
09.04.2026, 17:46 25

Putinlə Paşinyanla bağlı qapılar arxasında...

XƏBƏRLƏR
  • Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla aprelin 1-də Kremldə keçirdiyi görüşdən sonra əsas məsələlər bağlı qapılar arxasında davam edib. Mətbuata açıq olaq görüşdən fərqli olaraq bağlı qapılar araxasında daha sərt söhbət aparılıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Müxalif yönümlü "Hraparak" nəşri öz teleqram kanalında adı açıqlanmayan mənbələrə istinadən bildirib ki, həmin görüşdə Putin Paşinyanı cəzalandırıb. Rusiya lideri Paşinyana və onun hökumət nümayəndələrinə bağlılığı olan bütün şirkətlərlə əlaqənin kəsilməsi barədə göstəriş verdiyini açıqlayıb: "Əldə etdiyimiz məlumata görə, Vladimir Putin və Nikol Paşinyan arasında görüşdən sonra bağlı qapılar arxasında daha sərt söhbət baş tutub".

Nəşr iddia edib ki, Rusiya tərəfi görüşün nəticələrinə əsaslanaraq Paşinyanla hər hansı razılığa gəlməyin mümkün olmadığını gizlətməyib. Buna görə də, praktiki addımlar atmaq, o cümlədən Paşinyan hakimiyyəti ilə əlaqəli bütün böyük şirkətlərin, müəssisələrin, hətta mədəni təşkilatların Rusiyaya girişini qadağan etmək barədə qərar qəbul edilib.

Xatırladaq ki, Moskvada baş tutan görüş zamanı Ermənistan Baş naziri bir sıra açıqlamaları ilə diqqət çəkmişdi. Moskva və İrəvan arasında qarşıdurmaya səbəb kimi Ermənistan hökumətinin Rusiyanın nəzarəti altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini dondurması və Qərblə əməkdaşlığı genişləndirməsi göstərilir. Rusiya isə buna cavab olaraq Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxarmaqla hədələyir.

Elxan SALAHOV

Oxşar xəbərlər