10.10.2024, 14:11
AZ EN
01.10.2024, 16:15 288

Aqil Ələsgər: Qərbi Azərbaycana qayıdış hüququmuz bərpa olunmalıdır

XƏBƏRLƏR
  • Demokratiya, insan hüquqları gözəl səslənir, ikili standartlarla olmasa. Mən burada tarixi torpaqlarından qovulan beş yüz mindən çox azərbaycanlının pozulan hüquqlarının bərpasını tələb edirəm. Bizim Qərbi Azərbaycana qayıdış hüququmuz bərpa olunsun.

Bunu Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Haqlarına dair illik toplantısında çıxış edən “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

Toplantının “Münaqişə zonalarında humanitar məsələlər və fundamental azadlıqlar” mövzusunda sessiyasında danışan A.Ələsgər qeyd edib ki, Qərbi Azərbaycandan olan insanların hüquqları Ermənistan tərəfindən ciddi şəkildə pozulmaqdadır.

“Mən burada tarixi torpaqlarından qovulan beş yüz min azərbaycanlının pozulan hüquqlarının bərpasını tələb edirəm. Bir milyon məcburi köçkünümüz üçün 30 il danışdıq, ancaq sonunda özümüz həll etdik. İndi isə tarixi Azərbaycan torpağı olan indiki Ermənistandan beş yüz min vətəndaşımızın ata-baba məzarlarını, turist kimi də olsa, ziyarət etməsinə şərait yaratmasını istəyirik. Biz Ermənistana ərazi iddiası etmirik. Baxmayaraq ki, tarixən bizim torpaqlardır. Bir an öncə Ermənistanın sülhə gəlməsini, Qafqazda sülh olmasını arzu edirik. Öz dədə-baba yurdlarını ziyarət ən məsum insan haqlarıdır”, - deyə o bildirib.

Qeyd edək ki, 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunur. (Report)

Oxşar xəbərlər