24.06.2025, 18:56
AZ EN
24.06.2025, 14:20 263

Paşinyan onu bəyənməyən keşişi həbs etdirə bilər

XƏBƏRLƏR
  • Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu və Erməni Apostol Kilsəsi ilə bağlı yeni əmr verib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Hraparak” nəşrinin dərc etdiyi məlumatda deyilir ki, kilsə ilə hökumət araxında davam edən ixtilaflar dərinləşəndən sonra Baş nazirin keşişlərə qarşı aqressiyası daşmağa başlayıb. Bu Paşinyanın daha sərt qərarlar verməsində də özünü göstərir: "Nikol Paşinyan onun siyasi fəaliyyətlərini dəstəkləyən müxalif qüvvələrə paralel olaraq, kilsə əleyhinə aparılan kampaniyanı gücləndirmək, müxtəlif yollarla qarşı tərəfin zəiflədilməsinə təkan verməyi tapşırıb. Hətta yaxın vaxtlarda yeni səs-küylü həbslərin olacağı istisna edilmir”.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Həmçinin o, katolikosu Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətlərdə günahlandırıb.

Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.

Elxan SALAHOV

Oxşar xəbərlər