18.06.2025, 16:10
AZ EN
21.02.2025, 08:10 258

Laçın sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Milli Məclisin deputatı Rövşən Muradov Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində müvəqqəti məskunlaşmış laçınlı seçiciləri ilə Laçın rayonu Badamdar kənd ümumi orta məktəbində növbəti görüşünü keçirib.

Görüşdə deputat seçiciləri maraqlandıran bir-sıra məsələlərə öz münasibətini bildirməklə yanaşı, eyni zamanda onların qaldırdıqları sosial-iqtisadi, mülki, mədəni-məişət, məşğulluq və təhsil problemləri ilə bağlı fikirlərini diqqətlə dinləyib. Eyni zamanda ümumi görüşdən sonra Rövşən Muradov bəzi sakinləri fərdi qaydada qəbul edib, onların şəxsi problemləri ilə də maraqlanmış və bəzi məsələlərin yerindəcə həll edilməsi ilə əlaqədar köməkçisinə müvafiq qeydlər aparmaqla tapşırıqlar verib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər