21.06.2025, 21:18
AZ EN
27.09.2023, 17:01 453

Qərbi Azərbaycan, Cucevan kəndi

QƏRBİ AZƏRBAYCAN

Cucevan kəndi Tiflis quberniyasının Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunun inzibati ərazisinə daxildir. Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Erməni mənbələrində kəndin 1973-cü ildə salındığı göstərilir. Tədqiqatçılar qeyd edirlər ki, bu, həqiqətə uyğun deyil. Çünki kənddə XII-XIII əsrlərə aid tarixi abidələr (türk qəbirləri, qala divarları) vardır. Toponim Çingiz xanın böyük oğlu Cucinin adı ilə bağlı yaranan ulusun adını əks etdirən cuce sözü ilə urartu dilində "ölkə, yer" mənasını bildirən ebani (ubani) sözü əsasında formalaşan van//ban sözünün birləşməsindən əmələ gəlmişdir. Mənası “cuci tayfasının ölkəsi, yaşadığı yer” deməkdir.

İsa MUSAYEV

Oxşar xəbərlər