21.11.2024, 21:14
AZ EN
03.04.2023, 10:42 181

Qərbi Azərbaycanın Cəlaloğlu rayonu

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşən Cəlaloğlu rayonu sonralar Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur. Rayon 9 sentyabr 1930-cu ildə təşkil edilmişdir, inzibati mərkəzi Cəlaloğlu şəhəri idi. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanununa əsasən rayon ləğv edilmiş, ərazisi yeni təşkil edilmiş Loru mərzinə qatılmışdır. Sonralar ermənilər rayonun adını dəyişdirərək Stepanavan qoymuşdular.

İsa MUSAYEV

Oxşar xəbərlər