05.02.2026, 18:37
AZ EN
05.02.2026, 16:44 138

Vağədidə gizlədilmiş erməni həqiqətləri

QƏRBİ AZƏRBAYCAN
  • Publisist Vaqif İbişoğlunun "Vağədi və gizlədilmiş erməni həqiqətləri" adlı kitabı nəşr edilib.

"Vətən səsi" xəbər verir ki, kitabda müəllif doğulub boya-başa çatdığı Vağədi kəndinin tarixini, etnoqrafiyası, adət-ənənələrini, dini və mənəvi həyatını, son yüz ildəki Vağədinin keçdiyi inkişaf yolunu onilliklərə bölərək oxucu lara daha yaxşı tanıtdırmaq istəyi özünü xüsusi göstərir. Həmçinin müəllif Zəngəzur haqqında qısa məlumat, Qarakilsənin və onun kəndləri barədə də əldə etdiklərini oxucularla bölüşür.

"Zərdabi nəşr" tərəfindən nəfis şəkildə çap edilən kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı Namiq Dəlidağlıdır.

Xatırladaq ki, 1918-ci ildə Vağədi kəndində əhalinin sayı 1330 nəfər olub. Ermənilər kənd əhalisinə böyük zülmlər yaşatmış, 15 azərbaycanlı qızı təhqir edərək öldürmüşlər. Həmçinin 400 nəfər məscidə doldurularaq  əvvəlcə pəncərədən əldəqayırma bomba atılıb, sonra isə məscidə od vurulub. 1914-cü ildən başlayaraq azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunub və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilib. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə biliblər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 131, 1987-ci ildə 700 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ilin sonlarında azərbaycanlılar qırğınlarla Ermənistan dövləti tərəfindən qovulublar. Vaqif İbişoğlunun yenicə işıq üzü görmüş kitabında həmin kənd haqqında oxuculara dolğun məlumat verilir.

Vaqif İbiş oğlu Qaraşov 1954-cü ildə Qərbi Azərbaycanın Qarakilsə (Sisyan) rayonunun Vağədi kəndində anadan olub. Həmin kənddə orta məktəbi qızıl medalla başa vurub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər Bakı Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Onun rəhbərliyi ilə tikilib istifadəyə verilən binaların sırasında məktəb, uşaq bağçası, yaşayış evləri, o cümlədən “Moskva” univermağı, “Gənclik” metrostansiyası yaxınlığındakı Yüngül Atletika Stadionu, Maşdağa qəsəbəsində Kinoteatr binalarını da göstərmək olar. 1982-ci ildə Bakı şəhəri üzrə keçirilən ixtiraçıların və səmərələşdiricilərin müsabiqəsinin qalibi olub. Ailəlidir. Bir oğlu, bir qızı və yeddi nəvəsi var.

Elxan SALAHOV

Oxşar xəbərlər