21.11.2024, 23:27
AZ EN
12.05.2023, 17:53 212

Qərbi Azərbaycan, Qaradığa kəndi

QƏRBİ AZƏRBAYCAN

Qaradığa kəndi Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunun tərkibindədir. Kəndin başqa adları Qaraunlu, Qaranka,Qardağa formalarında da göstərilir. Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşən kəndin adı Qafqazın 5 verstlik xəritəsində Qaradıqya kimi qeyd edilmişdir. Toponim türk dilində "böyük, iri" mənasında işlənən qara sözü ilə türk dilində "təpə, zirvə" mənasında işlənən tiqey sözünün fonetik forması olan diqya//dığa sözünün birləşməsindən əmələ gəlmişdir. Bu kənddə IX-X əsrlərə aid Alban abidələri vardır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər