18.10.2024, 12:19
AZ EN
22.12.2023, 17:54 234

Qərbi Azərbaycan, Şeyx Hacı kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Şeyx Hacı, İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənddir. Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Kəndin adı erməni mənbələrində Shacı formasında da göstərilir.

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim Şeyx Hacı şəxs adı əsasında əmələ gəlib «Şeyx Hacıya mənsub kənd» mənasını ifadə edir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Kənddə 1831-ci ildə 19 nəfər, 1873 - cü ildə 233 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 338 nəfər, 1908-ci ildə 337 nəfər, 1914 - cü ildə 337 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinlər - azərbaycanlılar qırğınlarla deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Hazırda yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər