18.10.2024, 14:17
AZ EN
21.02.2023, 10:44 219

Zəngibasar mahalı, Cəbəçili kəndi

QƏRBİ AZƏRBAYCAN

Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 7 km cənub-şərqdə, Qaragöz bulağının kənarında yerləşən Cəbəçili kəndində 1918-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışdır.  "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590), İrəvan nahiyəsinin, 1728-ci il "İrəvan əyalətinin icmal dəftəri"ndə Gərni nahiyəsinin, İ.Şopendə (1832) Gərnibasar mahalının Cəbəçili kəndi, sonrakı mənbələrdə isə Cəbəçəli kəndi kimi qeydə alınmışdır. Kəndin adının etimologiyası ilə bağlı müxtəlif fikirlər var. Professorlar B.Budaqov və Q.Qeybullayev "cəbə" sözünün türk dillərində zireh, "cəbəçi"nin isə silah ustası mənalarında olduğunu bildirirlər. Professor Sadıq Şükürov "cəbə" sözünün söyüd sivindən toxunan səbət anlamına üstünlük verir. O, həmçinin bildirir ki, monqollarda geniş sinəli, qüvvətli, çevik adamlara "Cəbə" ləqəbi verilərdi.

Milli Məclisin üzvü Əziz Ələkbərli bildirir ki, 7-ci əsrdə Xəzər Xaqanının qardaşının adı Cebu Xaqan olmuş, o, oğlu Şadla birlikdə Cənubi Qafqaza iki dəfə (626-629-cu illərdə) hərbi yürüş etmiş, bol qənimət ələ keçirmiş, oğlu Şad "ucu-bucağı görünməyən hun qoşunu" ilə burada qalaraq İrəvan çuxurunda məşhur Şadlılar tayfasının əsasını qoymuşdur. 1918-ci ildə kənd erməni daşnakları tərəfindən dağıdılmış, əhalisinin bir hissəsi qətlə yetirilmiş, sağ qalanlar kəndi tərk etməyə məcbur olmuşlar. Bölgədə Sovet Hakimiyyəti qurulandan sonra əhalinin bir hissəsi geri qayıtmışdır. 1949-cu ildə kəndin bütün türk-müsəlman əhalisi deportasiya olunmuşdur. Kəndin Cəbəcili adı 1960-cı il fevralın 27-də dəyişdirilərək Crahovit qoyulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər