22.11.2024, 01:12
AZ EN
17.08.2023, 16:55 120

İrəvan quberniyası, Aşnak kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Aşnak, Əşnək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənddir.

Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilir.

Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir.

Toponim aşina/aşna türk etnoniminə cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir.

Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 363 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 744 nəfər, 1904 - cü ildə 477 nəfər, 1914 - cü ildə 507 nəfər, 1916-cı ildə 806 nəfər yalnız azərbaycanlı yaşamışdır.

Kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi torpaqlarından deportasiya olunmuşdur.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. 1922-ci ildə kənddə ermənilərlə yanaşı 22 nəfər azərbaycanlı yaşamışdır. Onlar 1924-25-cı illərdə sıxışdırılaraq kənddən qovulmuşdur.

İndi ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər