22.11.2024, 01:15
AZ EN
26.04.2023, 22:00 230

Qərbi Azərbaycan, Aşirabad kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Eçmiədzin qəzasında olan Aşirabad kəndi Ərzini kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində bu haqda qeydlər vardır. 15 mart 1972-ci ildə Nairi rayonu təşkil edilənədək kənd Əştərək rayonunun tərkibində olmuşdur. Toponim tayfa mənasında işlənən əşirət sözü ilə abad sözünün birləşməsindən əmələ gəlmişdir. 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1926-1930-cu illərdə sonralar geri qayıtmış bəzi azərbaycanlılar da zorla qovulmuşdur. Bu kənd 1950-ci ildə ləğv edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər