22.06.2025, 01:28
AZ EN
09.08.2023, 17:01 368

Qafan rayonu, Keypəşin kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Ermənistanın cənubunda, keçmiş Qafan rayonu ərazisində, Gığı dərəsində yerləşən Keypəşən kəndi azərbaycanlıların yaşadığı yurd yerlərindəndir.

1930-1995-ci illər aralığında Qafan rayonuna daxil olan kənd Qafan şəhərindən 33 km şimal-qərbdə, Gığıçayın yuxarı axarında, Qazangöldən 15 km aralı, dəniz səviyyəsindən 2,111 m üksəklikdə yerləşir.

Hal-hazırda Ermənistan Respublikası Sünik mərzi inzibati ərazi vahidinin Nor Astğaberd kənd icması ərazisi daxilindədir. Bir neçə evi çıxmaq şərtilə kənd ərazisində yaşayış yoxdur, kənd ermənilər tərəfində dağıdılmışdır.

Keypəşin kəndi bir nəslin, yəni Məliklilər tayfasının məskunlaşdığı məkan olub. Tarixi mənbələrə görə, Məlikli tayfası Cənubi Azərbaycandan Qaradağ mahalından köç edib Bərgüşad ərazisində məskunlaşmış, sonradan isə yaylaq yerlərinə çıxmaq məqsədi ilə Keypəşini seçmişdir.

1727-ci ildə Osmanlı Dövləti tərəfindən tərtib edilmiş «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»ndə Keypəşin kəndinin sakinlərinin Xocahandan olduqları qeyd edilmişdir.

Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi ermənilərin qadağalarına baxmayaraq Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarındakı bir çox kənd kimi Xocahan kəndinin də Gığı dərəsində öz adına yaylağı olub.

Keypəşin camaatının Qubadlı və Zəngilan rayonunun əhalisi ilə çox sıx əlaqələri olmuşdur. Kənd əhalisi mal-qoyunlarını qışda Qubadlı ərazisində saxlayardılar. Keypəşinin yaylaq yerləri çox olduğundan yay aylarında Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının camaatı həm özləri istirahətə gələr, həm də təsərrüfatlarını dağlara gətirərdilər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər