06.07.2025, 12:18
AZ EN
02.05.2023, 18:01 296

Qərbi Azərbaycan, Nəzirəvan kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonra Əştərək rayonu ərazisində olan Nəzirəvan kəndi rayon mərkəzindən 7 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Nəzərocaq qışlağı kimi, Qafqazın 5 verstlik xəritəsində Nəzravan formasında qeyd edilmişdir. 1728-ci ildən məlumdur. Toponim Nəzər şəxs adına urartu dilində "yer, ölkə" mənası bildirən ebani sözündən əmələ gələn van/avan topoformatının qoşulması yolu ilə formalaşmışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar zorla 1948-1953-cü illərdə Azərbaycana deportasiya olunmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər