İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar Abaran rayonu adlandırılan rayonun Danagirməz kəndi Alagöz dağının ətəyində, rayon mərkəzindən 7 km şimal-şərqdə yerləşir. Kəndin digər adı Damagirməz, Danadamagirməz olmuşdur. Qafqazın 5 verstlik xəritəsində bu barədə qeydlər edilmişdir. Toponim dana heyvan adı ilə girməz feilinin birləşməsindən əmələ gəlmişdir. Kəndə ermənilər Türkiyədən köçürülmüşdür. Burada ermənilərlə yanaşı azərbaycanlılar da yaşamışdır. Kəndin azərbaycanlı əhalisi 1918-ci ildə erməni qırğınları nəticəsində deportasiya olunmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il fərmanı ilə adı dəyişdirilərək Ovit, 21 oktyabr 1967-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Niqavan qoyulmuşdur.
İsa MUSAYEV