22.06.2025, 03:36
AZ EN
06.07.2023, 17:09 275

Qərbi Azərbaycan, Aratan kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Aratan kəndi Karpibasar mahalında yerləşir. XIX əsrin II yarısından adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (Kiçik Tan), Bulu Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plitans şəklindədir) yəni "Ulu (böyük) Tan və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman - Tan kənd adları ilə sıra təşkil edir. Aratan türkcə ər "kişi, igid, sərrast atıcı" və tən, "bərabər, sanki özü, elə bil" sözlərindən əmələ gəlmişdir. Azərbaycan dilində tən və tək sözlərinin ikisi də var.  Məsələn, Aytən qız adı "Ay kimi, sanki ay mənasında işlənir. Tək sözü isə "aslan tək, şair kimi" mənasını ifadə edir. Bu söz dilimizdə təkin formasında da işlənir.

İsa Musayev

Oxşar xəbərlər