21.11.2024, 22:12
AZ EN
25.10.2023, 18:00 240

Sərdarabad rayonu, Kələkarx kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Kələkarx — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənddir. Rayon mərkəzindən təxminən 15 km məsafədə, Araz çayından axan arxın yanında yerləşir.

Toponim Azərbaycan dilinin cənub dialektində "yan tərəfləri daşla hörülmüş ağıl, heyvan salınan yer" mənasında işlənən kələk sözü ilə arx sözünün birləşməsindən əmələ gəlmişdir.

1946-cı ildə Ermənistan tərəfindən adı dəyişdirilib Şenevan (Şenli qəsəbə) qoyulmuşdur. Əsli Kulak-Arx. Türk dillərində kulak "dərə", "çökəklik yer", "çuxur" sözündəndir. Kəndin adı "Kulakdan çəkilmiş arx" mənasındadır. XIX əsrdə Azərbaycanda Yelizavetpol qəzasında Kələk (digər adı Şıxlar) kəndinin adı ilə mənaca eynidir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər