22.06.2025, 20:42
AZ EN
06.06.2023, 16:40 378

Qərbi Azərbaycan kəndləri, Böyük Qaraqoyunlu

QƏRBİ AZƏRBAYCAN

Göyçə mahalının Basarkeçər rayonunda olan Böyük Qaraqoyunlu kəndi Kiçik Qafqazda Göyçə silsiləsinin qərbində Qumlu (Çalmalı) dağının ətəyində yerləşir. Kənd rayon mərkəzindən 14 km-lik məsafədədir. XIX əsrin ortalarında kəndin makdarlarının Çalmalı dağında "Qatar" adlı yerdə yaylaq yurdu olub. Böyük Qaraqoyunlu kəndinin adı dəyişdirilərək 3 yanvar 1935-ci ildə Əzizli, 18 aprel 1991-ci ildə yenidən dəyişdirilərək Norabak adlandırılmışdır. Kəndin iki tərəfi xırda dağlıq silsiləsi, iki tərəfi isə düzənlikdir. Kəndin mərkəzindən çay axır və Göyçə mahalının 70 faizi sərbəst görünür. Böyük Qaraqoyunlu kəndinin əhalisinin 60 faizini Qazax mahalından, 40 faizini isə Cənubi Azərbaycandan, İrəvandan və Qarabağdan gələnlər təşkil edirdi. 1988-1991-ci illərdəki 4-cü qaçqınlıq zamanı kənddə 370 ev, 2000 nəfər əhali olmuşdur.

İsa Musayev

Oxşar xəbərlər