İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda olan Çırçır kəndi rayon mərkəzindən 3 km məsafədə yerləşirdi. Göyçə gölünün sahilində, Zəngi çayının yanında yerləşir. Sevan rayonu təşkil edilənədək Axta (Razdan) rayonunun tərkibində olmuşdur. Kəndin digər adı Sutökülən olmuşdur. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Çırçır formasında qeyd edilmişdir.
İsa Musayev