19.10.2024, 02:18
AZ EN
14.02.2023, 10:24 328

Gərnibasar mahalı, Darğalı kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Gərnibasar mahalının düzənlik hissəsində, Qəmərli rayonunun mərkəzi olan Qəmərli qəsəbəsindən 8 km şərqdə, Gərni çayının sol sahilindəki bu kənddə 1828-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Həmin tarixdən 1948-ci ilə qədər azərbaycanlılarla ermənilər qarışıq yaşamışlar. 1949-cu ildə bütün azərbaycanlılar deportasiya olunmuş, 1988-ci ilədək ermənilərlə müsəlman kürdlər yaşamışlar ki, onları da həmin tarixdə qovub kəndi erməniləşdirmişlər. "İrəvan əyalətinin icmal dəftəri"ndə (1728) Gərni nahiyəsinin Darğalı kəndi kimi qeydə alınmışdır. Tədqiqatçıların fikrinə görə 12-13-cü əsrlərdə kənd və şəhərlərdə vergi toplanmasına rəhbərlik edən şəxslərə Darğa deyirdilər. 16-cı əsrə aid mənbələrdə Bərdə sancağında qışlayan bir el də Darğalı adlanmışdır. Mənbələrdə o da göstərilir ki, İrəvan çuxurunda məskunlaşmış türk tayfalarından biri də Kolagirən tayfası olmuş və bu tayfanın tirələrindən biri məhz Darğalı adlanmışdır. 1831-ci ildə İranın Xoy və Səlmas vilayətindən kəndə ermənilər köçürülmüşdür. Ona görə də kənd iki yerə bölünmüşdür - Yuxarı Darğalı, Aşağı Darğalı.

1918-ci ildə erməni daşnaklarının törətdiyi soyqırımı zamanı Darğalı kəndinin azərbaycanlı əhalisi doğma yurdunu tərk etməyə məcbur olmuşdur. Kəndin adı 1949-cu il dekabrın 1-də dəyişdirilərək Anastasavan, 1957-ci il dekabrın 30-da ikinci dəfə dəyişdirilərək Haygezard qoyulmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər