Qərbi Azərbaycanın Çobanmaz kəndi İrəvan quberniyasının Aleksandropol qəzasında, Alagöz (Araqadz) rayonuna daxildir. Hədis dağının ətəyində, Göykilsə kəndinin yaxınlığında yerləşir. 15 mart 1972-ci ilə kimi, Alagöz rayonu təşkil edilənə qədər Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Erməni mənbələrində kəndin adı Çobangöməz, Çobangörükməz, Çobangərəkməz, Çobangerikməz kimi də qeyd edilmişdir. Qafqazın 5 verstlik xəritəsində Çobangyərəkməz formasında yazılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Avşen qoyulmuşdur.
İsa MUSAYEV