19.09.2024, 06:08
AZ EN
07.04.2023, 16:44 189

Qərbi Azərbaycan, Keşişkənd rayonu

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Dərələyəz mahalında olan bu rayonun mərkəzi Keşişkənd şəhəridir. Rayon 1931-ci il oktyabrın 15-də yaradılıb. 1835-ci il yanvarın 3-nə kimi Keşişkənd rayonu, həmin tarixdən 1957-ci il dekabrın 6-na kimi Mikoyan rayonu, ondan sonra isə Yeğeqnadzor rayonu adlandırılmışdır. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir. Keşişkənd rayonunu Göyçə mahalından Səlim kəndi ayırır. Rayon ərazisindən Arpa və Herher çayları axır. Keşişkənd rayonu bir tərəfdən Basarkeçər yaylağı, digər tərəfdən isə Dərələyəz dağ silsiləsi ilə əhatələnmişdir. 1918-ci ilin yazında daşnak Yaponun hücumlarından yaxa qurtarmaq üçün dinc əhali Vedibasar özünümüdafiə dəstələrinin komandanı Abbasqulu bəy Şadlinskinin mühafizəsi ilə müvəqqəti olaraq Cənubi Azərbaycanda sığınacaq tapmış, sonradan həmin əhali Naxçıvandan keçərək doğma yurda qayıtmışdır. 1920-ci ildə rayon ərazisində 66 azərbaycanlı kəndi olduğu halda, 1988-ci ildə cəmi 7 kənd qalmışdır ki, onların da sakinləri zorla deportasiya olunmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər