Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Karvansara (İcevan) rayonunda olan Kələkənd kəndi rayon mərkəzindən 16 km məsafədə yerləşir. Ehtimal olunur ki, XVII əsrin əvvəllərinə aid mənbədə İrəvan xanı Lələbəkə məxsus kənd olmuşdur. Toponim "böyük tərbiyəçi" mənasında işlənən lələ sözünə qədim türk dilində "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Burada yalnız azərbaycanlılar yaşamışdır. Sonralar İrandan köçürülən ermənilər burada məskunlaşmışlar. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Vazaşen qoyulmuşdur.
İsa MUSAYEV