Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov mətbuata açıqlamasında deyib.
Rektor bildirib ki, Qarabağ Universiteti çox müasir bir univerisitet olmaqla, regionun növbəti mərhələdəki inkişafı tələblərindən irəli gələn yüksək ixtisaslı mütəxəsisləri olan tələbatın ödənilməsinə ciddi töhfələr verəcək: “Ölkənin inkişafı ilə bağlı faydalı olacaq. Elmi-tədqiqat nəticələrə aparmaqla elmi-tədqiqat fəaliyyətlərinin nəticələrini təqdim etməklə bu proses öz töhfəsini göstərmiş olacaq. Çox güclü akademik və inzibati heyət formalaşdırırıq. Ölkəmizin aparıcı universitetlərindən məzun olmuş dünyanın qabaqcıl ali təhsil müəssisələrində təhsil almış, həmin universitetlərdə magistatura və dokturantura təhsili almış gənc və təcrübəli mütəxəssisləri heyətimizə cəlb edirik. Universitetimizin ana məqsədi, ana fəaliyyəti tədrisdən ibarətdir. Mütəxəssis hazırlığından ibarətdir. Ali təhsil müəssisəsi olaraq, fəaliyyət istiqamətlərimizin biri də tədqiqatdır. Elmi tədqiqatın həyata keçirilməsidir”.
Tahirə AĞAMİRZƏ