18.07.2025, 19:18
AZ EN
18.07.2025, 13:49 209

Ermənistan gələn ilin əvvəlində KTMT-dən çıxacaq

XƏBƏRLƏR
  • Ermənistan gələn ilin yazına qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından rəsmən ayrılmağı planlaşdırır.

"Vətən səsi" xəbər verir ki, barədə Ermənistanda nəşr olunan "Hraparak" qəzeti hökumətdəki mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Baş nazir Nikol Paşinyan komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında KTMT-dən çıxacaq.

Xatırladaq ki, 44 günlük Vətən müharibə zamanı hərbi dəstəklə bağlı KTM ölkələrinə ünvanladığı müraciətə mənfi cava aldıqdan sonra Ermənistan təşkilatla əlaqələrini dondurub. Buraya üzvlükhaqqının ödənilməsindən tutmuş təşkilatın toplantılarında iştirakdan imtinayadək bir çox məsələlər daxildir. Rusiyanın Ermənistanla isti münasibətlərinin soyuması İrəvanın nümayişaranə şəkildə Avropaya inteqrasiya prosesini sürətləndirməsi də buradan başlayıb.  Baş nazir Nikol Paşinyan Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu ilk dəfə olaraq ötən ilin fevralında bəyan etmişdi. Bundan əvvəl isə onun komandasınün üzvləri müxtəlif səviyyələrdə və toplantılarda KTMT-ni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə sadəcə tənqid edir, üzvlüyün dondurula biləcəyini söyləyirdilər. Halbuki Ermənistan KTMT-nin tədbirlərində iştirakını faktiki olaraq 44 günlük müharibədən dərhal sonra dondurmuşdu. 2023-cü ilin sentyabrından isə bu proseslər açıq müstəviyə keçib.

KTMT nizamnaməsinə görə, üzv dövlətlərdən hər hansı biri iki il ərzində üzvlük haqqını və büdcədə nəzərdə tutulan xərcləri ödəməzsə, o zaman həmin dövlətin strukturda qalmasının məqsədəuyğunluğu müzakirə edilir.

Yeri gəlmişkən, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür: onun yarısını Rusiya ödəyir, qalan 50 faiz isə digər 5 iştirakçı arasında bərabər bölünür.

Elxan SALAHOV

 

Oxşar xəbərlər