22.11.2024, 02:33
AZ EN
13.01.2023, 17:28 172

Tarixə çevrilən istinad divarları

QARABAĞ
  • Hələ Birinci Qarabağ Müharibəsi başlanandan təmas xəttinə yaxın olan yaşayış məntəqələrimizdə yaşayan əhali düşmən tərəfindən atılan mərmilərdən çox əziyyət çəkib. Həmin kəndlərdə düşmən gülləsindən  yaralananlar, şəhid olanlar az olmayıb. Buna görə də, 2014-cü ildə düşmən gülləsinin qarşısında bir istinad kimi hündürlüyü 4, uzunluğu isə 900 metr olan divarlar tikilib. Bu günlərdə Azərbaycan televiziyası həmin kəndlərdəki istinad divarları ilə bağlı reportaj hazırlayıb.

 Ağdamda təmas xəttinə ən yaxın olan kəndlərdən biri Çıraqlı kəndidir. Kənd sakini darvazası o vaxt düz səngərə açılan Siyavuş Şükürov deyir ki, bu istinad divarları tikiləndən sonra vəziyyət dəyişdi. Bundan sonra kəndə çox nadir halda mərmi və ya güllə düşürdü. Halbuki bundan əvvəl düşmən gülləsindən kənddə yaralananlar, hətta şəhid olanlar olub.

Həmin vaxtlarda düşmənlə təmas xəttinə Qərvənd kəndi də çox yaxın idi. Qeyd edək ki, 2011-ci ildə məktəbli Fariz Bədəlov məhz bu kənddə öz  həyətlərində oynayarkən snayper gülləsindən şəhid olmuşdu. Bu kənddə istinad divarlarının inşasından əvvəl uşaqlar məktəbə belə rahat gedə bilmirdilər. Divarlar tikildikdən sonra isə Qərvənddə də, vəziyyət dəyişib.

2020-ci il Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı böyük Zəfərdən sonra bu istinad divarlarına da daha ehtiyac qalmayıb. Ancaq buna baxmayaraq bu divarlar tarixin, Qarabağ müharibəsinin şahidi kimi abidəyə çevrilib. Ağdam RİH-nin sektor müdiri Ziya Hümbətov deyir ki, erməni vandalizmini dünyaya çatdırmaq üçün elə bu divarlar da tarixi mənbə kimi bir sübutdur. İstər xarici qonaqların, diplomatların suallarına həmin bu divarlardakı güllə və ya silahların divarda açdığı oyuqlarla da cavab vermək olar.    

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR