02.12.2025, 01:48
AZ EN
01.12.2025, 21:15 1

Ekspert: Bakı və Daşkənd arasında münasibətlər bütün istiqamətlər üzrə dayanıqlı inkişaf trayektoriyası nümayiş etdirir

XƏBƏRLƏR
  • Son illər ərzində Bakı və Daşkənd arasında münasibətlər demək olar ki, bütün istiqamətlərdə dayanıqlı və dinamik müsbət inkişaf trayektoriyası nümayiş etdirir.

Bu fikri “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun rəhbəri Milana Bazarova səsləndirib.

O vurğulayıb ki, hazırkı artımın əsasını hər iki ölkə rəhbərliyinin güclü siyasi iradəsi, artan biznes fəallıq və kiçik və orta sahibkarlığın marağı təşkil edir. Bir neçə il ərzində birgə müəssisələrin sayı beş dəfə artıb. Özbəkistanda Azərbaycan kapitalı ilə fəaliyyət göstərən təxminən 240 şirkət mövcuddur. Bununla yanaşı, özbək biznesi də Azərbaycanda fəaliyyətini aktiv şəkildə genişləndirir.

Əməkdaşlıq tədricən rəqəmsal xidmətlər, avtokomponent istehsalı, farmasevtika kimi yeni sahələrə yayılır. Onun sözlərinə görə, önəmli tendensiyalardan biri iqtisadiyyatların bir-birini tamamlaması əsasında geniş gündəliyin formalaşması və üçüncü ölkələrə ixrac istiqamətinin prioritetə çevrilməsidir.

Prezidentlər tərəfindən müəyyən edilmiş hədəf olan ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması üçün ekspert bir neçə əsas istiqaməti qeyd edib: Nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi, sənaye kooperasiyasının dərinləşdirilməsi, birgə müəssisələrin işə salınması, məhsul nomenklaturasının genişləndirilməsi, həmçinin rəqəmsal həllərin və tənzimləyici standartların sinxronlaşdırılması.

Onun fikrincə, bu vəzifələr həyata keçirildiyi halda, ikitərəfli ticarət davamlı şəkildə illik 600–800 milyon dollara çata, daha sonra isə bir milyard dollarlıq hədəfə yaxınlaşa bilər. (AZERTAC)

Oxşar xəbərlər