22.11.2024, 02:18
AZ EN
10.01.2023, 15:31 387

Muxtar Fateh Bəydili: “Türkmən xalqının qəlbi hər zaman Azərbaycanla bir vurub”

XƏBƏRLƏR
  • Artıq bir aya yaxındır ki, Vətəndaş Cəmiyyətinin təşəbbüsü ilə  Laçın-Xankəndi yolunda keçirilən dinc aksiya qarlı, çovğunlu hava şəraitində  də davam etməkdədir.

Dünyanın hər bir yanından aksiyamıza dəstək verənlərin sayı günü-gündən artır.

“Biz türkmən xalqı da aksiyaya dəstək mesajımızı veririk. Şuşa-Xankəndi yolundakı dinc aksiya Azərbaycan xalqının haqlı tələbidi. O torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır və sərvəti də ona aiddir. Ermənilər öz pis niyyətlərindən əl çəkmirlər və rus sülhməramlıları da onlara dəstək olurlar”.

Bu sözlər TAİB-in idarə heyətinin üzvü, Suriya Türkmən Həkimlər Dərnəyinin sədri, müstəqil araşdırmaçı Dr.Muxtar Fateh Bəydiliyə məxsusdur.

O, bildirib ki, türkmən xalqı olaraq hər zaman ürəkləri Azərbaycanla bir vurub: "Dinc aksiyada olan gənclər, qadınlar, ağsaqqallarla qürur duyduq. Türk xalqı hər zaman mətin olub. Bu soyuqda, bu çovğunda gecə-gündüz bilmədən "Ekoloji terrora son!" şüarı altında rus əsgərləri ilə üz-üzə şax duran, gözünü belə qırpmayan bu millətlə fəxr edirik. Biz uzaqda olsaq da sizinləyik, əzizlərim. Azərbaycan dövlət qurumları öz torpaqlarında qeydsiz-şərtsiz əməliyyat aparmalı, monitorinq keçirməlidirlər. Bu onların mənəvi haqqıdır. Bu haqqı tapdayanlar anlamalıdırlar ki, bu da olacaq, Zəngəzur yolu da açılacaq!

Aksiya iştirakçılarına uğurlar diləyir, sizinləyik dostlar, deyirik!",-deyə TAİB üzvü vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR