Cuvarlı kəndi Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidindədir. Kənd dağətəyi ərazidə yerləşir. Kəndin adı etnotoponimdir, Azərbaycanlıların cuvarlı tayfasının adından götürülmüşdür. Keçmişdə Azərbaycanda su bölgüsünə nəzarət edən şəxslər də cuvar (suçu) adlanırdı. Azərbaycanda Cuvarlı toponimindən və etnonimindən yaranmış Cuvarlı və Cuvarlinski soyadları ilə bir çox tanınmış görkəmli şəxsiyyətlər olmuşdur. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq olub.
İsa Musayev