Yaşayış məntəqəsi təqribən iki əsr əvvələdək indiki yerindən 4 km. aralı, Şuşa şəhərinə gedan karvan yolunun kənarında yerləşirdi. Sonralar hapıtlı, hacısüleymanlı, sacaqlı va şükürbəyli nəsillərinə mənsub ailələr buraya köçərək yeni yaşayış məntəqəsini yaratmışlar. Yerli əhalinin ehtimalına görə, kənd ticarət karvan yolunun kənarında, kiçik karvansaranın ətrafında salındığı üçün belə adlandırılmışdır və oykonim (Saraycıq) "kiçik karvansara” manasındadır. Tədqiqatçıların fikrincə, bu ad türk dillərində "düzən, düz, çöl, tarla, sahə” mənalarında işlənən sara sözündan va kiçiltmə bildirən -cıq şəkilçisindən düzəlib, “kiçik düz” deməkdir.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olmuşdur.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
2020-ci il noyabrın 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Tahirə AĞAMİRZƏ