"Hraparak" bu gün günorta saatlarında yaydığı daha bir xəbərdə bildirir ki,"Birlikdə" hərəkatı keçirdiyi mətbuat konfransında sabah – aprelin 4-də saat 16-da Ermənistan parlamentinin qarşısında mitinq olacağını bəyan edib. Son vaxtlar yaradılmış bu radikal təşkilatın nümayəndəsi deyib ki, mitinqdə məqsəd parlamentin "arsaxın müstəqilliyini tanımasına" və müharibədə məğlubiyyətə görə hakimiyyətin istefasına nail olmaqdır.
Hayların özünü müxalifət adlandıran xəstə təxəyyüllü revanşçılarının özlərinə tez-tez yeni ad qoymaları da artıq ənənə halına keçsə də hakimiyyəti istefaya göndərəcəyi, əlbəttə, absurddur.
Nəsib