Ermənistanın baş naziri noyabrın 3-də saat 10-da hökumətin növbəti iclasını keçirib və bu müxtəlif erməni KİV-lərində birbaşa yayımlanıb. İclasın gündəliyi təsdiq olunduqdan sonra baş nazir 2022-ci ilin dövlət büdcəsinin yerinə yetirilməsi barədə çıxış edib. Paşinyan harada hansı işin görüldüyünü sadalayarkən “Bağramyan küçəsi” əvəzinə kəkələyərək bir neçə dəfə “bazaryan küçəsi” deyib və bu, təbii ermənilərin yeni lətifə yaratmasına mövzusu olacaqdır. O, dövlət büdcəsinin hansı məqsədlərlə xərcləndiyini bir neçə dəfə təkrarladıqdan sonra bildirib ki, hökumətin iqtisadi proqramının həyata keçirilməsinə dəstək məqsədilə Beynəlxalq Valyuta Fondu tərəfindən 165 milyon dollardan çox vəsait ayrılıbdır. Həmin puldan daha çox hansı sahəyə xərclənəcəyi barədə sualı cavablandırarkən N.Paşinyan bəlkə, özü də anlamadan bu vəsaitdən “arsaxa” da ayrılacağını dilə gətirib. Bununla bağlı müxtəlif şərhlər yazılıb və bir neçə sosial media istifadəçisi tərəfindən vurğulanıb ki, parlamentin noyabrın 2-də keçirilmiş içlasında Paşinyan öz çıxışında “arsaxa” 155 milyon dollar vəsait ayrıldığını bildirmişdi.Görünür, həmin vəsait məhz Beynəlxalq Vayyuta Fondunun Ermənistan vasitəsilə separatçılara maddi yardımıdır. Bu və digər şərhləri oxuduqca belə qənaətə gəlmək olur ki, separatçılara, doğrudan da, ianə verilir.
Nəsib QARAMANLI