16.04.2025, 14:04
AZ EN
29.09.2022, 17:27 374

Hindistan Ermənistana silah satır

YAZILAR

«Lurer.com» informasiya agentliyinin əməkdaşı Ara Aloyanın sentyabrın 29-da günorta saatlarında sözügedən informasiya agentliyində erməni hərbi ekspert Karen Vitanesyanla qısa müsahibəsi dərc edilib. Həmişə Ermənistanın silahlanmasının vacibliyini vurğulayan hərbi ekspert bu dəfəki müsahibəsində bildirib ki, Hindistanla Ermənistan arasında hərbi əməkdaşlıq barədə sazişə əsasən Hindistan Ermənistana bu il oktyabrından 250 milyon dollardan çox dəyəri olan silah-sursat, tank əleyhinə minalar və s. göndərəcəkdir. Bu barədə məlumatı Hindistanın «The Economic Times» nəşrinin yaydığını bildirən erməni ekspert onu da vurğulayıb ki, başqa ölkələrlə, o cümlədən Çinlə silah biznesi barədə danışıqlar aparılıb. Ancaq ABŞ-la Çinin mübahisəli məsələlərində Ermənistan rəhbərliyi Çinin mövqeyinə zidd fikirlər səsləndirdiyinə görə Ermənistana silah satışı hələlik dayandırılıb. Yunanıstanın Türkiyəyə qarşı iddialı çıxışlarını bəyəndiyini söyləyən K.Vitanesyan onu da əlavə edib ki, bir sıra ölkələrdən də silah alınması barədə danışıqlar aparılır.

Ermənistan ordusunda Hindistan zabitlərinin də təlimlər keçməsi isə deməyə əsas verir ki, Ermənistan və onun ordusu yalnız başqalarının ümidinə qalıb.

Nəsib QARAMANLI

Oxşar xəbərlər