Bunu politoloq Samir Hümbətov Az-TV-yə açıqlamasında deyib. Politoloqun fikrincə, nəzərə almaq lazımdır ki, bu gün faktiki olaraq Rusiyanın 102-ci bazası Ermənistan ərazisindədir: “İranın-Ermənistan və Türkiyə-Ermənistan dövlət sərhədini də Rusiya qoşunları qoruyur. Belə olan halda, Fransanın Ermənistanı dəstəkləmək cəhdləri bir yerə qədər gedəcək. Bir yerdə isə artıq qırılma başlayacaq. Çünki hesab edirəm ki, bugünkü vəziyyətdə Rusiya Fransanın, bir tərəfdən guya Ukraynaya dəstək verəmək cəhdi qarşısında sonradan ki, geri götürdülər artıq o fikirləri. İndi də Ermənistana bu hərəkətləri etməsi nəticə etinbarilə bölgədə böyük bir savaşın başlanğıcını gətirə bilər. Bu da böyük güclərin savaşıdır. Artıq bu, birbaşa Ermənistan üzərində Fransa-Rusiya toqquşmasına qədər gedib çıxacaq bir prosesdir. Bunu, ya Ermənistan hakimiyyəti anlamır, ya da anlayır, anlamazlığa vurur özünü. Bunun ağır nəticəsi isə Fransaya dəyəcək, təbii ki, bölgəsəl olaraq dəyəcək. Amma ən böyük zərbəni isə təbii ki, Ermənistan görəcək.
Tahirə AĞAMİRZƏ