22.11.2024, 00:33
AZ EN
01.03.2023, 10:38 326

Hayların rəhbəri psixi xəstədir

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Koryun Simonyanın bu gün paylaşdığı "Belə rəhbər ya cahil, ya da satqındır" başlıqlı məqalədə qeyd olunur ki, fevralın 26-da hayların "Qarabağ komitəsi"nin yaradılmasının 35 ili tamam oldu.

Bu təşkilatın yaradıldığını İqor Muradyanın elan etdiyini, sonra Zori Balayanın, Silva Kapitikyanın, Levon Ter-Petrosyanın və digər məşhurların həmin terror təşkilatının işində xüsusi fəallıq göstərdiyini xatırladan Ulubabyan lovğalıqla əlavə edib ki, məhz milli birlik sayəsində haylar "tarixi uğurlara imza atdılar".

Zori Babayan və Silva Kaputikyanın 1988-ci il fevralın 25-də Moskvada M.Qorbaçovla görüşməsinin həmin hərəkata xüsusi güc verdiyini bildirən Ulubabyan müxbirə daha bir neçə olay barədə danışaraq hayların indiki başçısının ünvanına növbəti tənqidi fikirlər səsləndirib.

Nikol Paşinyanın düzgün siyasət yürütmədiyini xüsusi vurğulayan təcrübəli terrorçu Ulubabyan deyib ki, o, ya cahil, ya da satqın olduğuna görə Ermənistan məğlub olub və gələcək faciələrə də indidən zəmin yaradıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər