"Vətən səsi" xəbər vürir ki, Paşinyan tələbələr qarşısında çıxış edərkən “Mən dövlətəm” ifadəsi işlədərək özünü həmin ifadənin müəllifi, 1643-1715-ci illərdə Fransanın kralı olmuş və Avropada mütləqiyyət dövrünün simvolu sayılan XIV Lüdoviklə müqayisə edib. O, deyib ki, “necə ki, Lui (XIV Lüdovik) bir vaxtlar “mən dövlətəm” demişdi, indi də bunu mən deyirəm".
Baş nazir hazırda özünün Ermənistan dövləti saydığını söyləyib, ona qarşı yönəlmiş hər hansı müdaxiləni dövlətə qəsd kimi dəyərləndirib.
Xatırladaq ki, XIV Lüdovik tarixə fateh, güclü ordu və donanma yaradan monarx kimi düşüb. Onun Fransa tarixindəki dövrü "Qızıl Əsr" adlanırdı. O, hakimiyyəti dövründə fransız müstəmləkələrinin genişlənməsinə, elm, mədəniyyət və memarlıq sahəsinin inkişafına görə "Günəş Kralı" hesab olunurdu.
Elxan SALAHOV