Bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2023-cü ildə Daxili İşlər Nazirliyinin fəaliyyətinə dair məruzənin müzakirəsi zamanı bu barədə baş nazir Nikol Paşinyana məruzə olunub.
Qeyd olunub ki, ixtisarların məqsədi nazirliyin keyfiyyətini artırmaq və müxtəlif şöbələrin funksiyalarının təkrarlanmasının qarşısını almaqdan ibarətdir.
Paşinyan Daxili İşlər Nazirliyinin təhsil infrastrukturlarının Akademiya şəhərciyinə inteqrasiya oluna biləcəyini deyib və bununla bağlı müvafiq konsepsiya hazırlamağı tapşırıb. (Trend)