05.02.2026, 16:39
AZ EN
05.02.2026, 14:42 62

Rusiya TRİPP layihəsinə qoşula bilməyəcək

XƏBƏRLƏR
  • "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu"  adlanan Zəngəzur dəhlizinin layihəsininn reallaşmasında Rusiyanın hər hansı formada iştirakı mümkün deyil. 

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın "Xristian-Demokrat" partiyasının sədr müavini Levon Şirinyan deyib. Ermənistan mətbuatı yazır ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin regionuna planlaşdırılan səfəri ərəfəsində İrəvandakı siyasi dairələrdən ən çox müzakirə olunan mövzulardan biri "Tramp Marşrutu"dur. çünki bu layihənin bir çox parametrləri, dəmir yolu xəttinin texniki əsaslandırması, tikintisinin maliyyələşdirilməsi, avadanlıqlarla təchizat və digər məsələlər hələ tam şəkildə müəyyən edilməyib. Üstəlik ABŞ və Ermənistan arasında razılaşdırılmış bu strateji layihədə Azərbaycanın hansı rol ounayacağı da erməni cəmiyyəyinə məlum deyil: Bəzi dairələrdə isə dəmir yolunun Ermənistan ərazisində keçən hissəsinin “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları” müəssisəsi tərəfindən tikiləcəyi söylənilir. Bu, Ermənistanın dəmir yolları şəbəkəsinin Rusiya dövlət qurumunun uzuznmüddətli idarəetməsinə verilməsi ilə əlaqələndirilir.

Levon Şirinyan isə hesab edir ki, ABŞ-ın birbaşa nəzarəti altında həyata keçiriləcək "TRİPP yolu" layihəsində Rusiyanın nə dövlət, nə də özəl təşkilatının yer almaq imkanı yoxdur: "Rusiya heç bir halda "Tramp Marşrutu"nda iştirak edə bilməz. Lavrov öz günlərinə ağlasın, Putini elə aldadıb Ukraynaya saldılar ki, indi çıxış yolu tapa bilmirlər. İçəridə ilişib qalmaqdan və çıxa bilməməkdən qorxurlar, amma qorxunun əcələ faydası yoxdur. Ermənistanda da revanşistləri "Tramp Marşrutu"nu gözdən salmaq üçün meydana çıxarıblar. Ruslara öz yerlərini göstərmək lazımdır".

Partiya sədrinin müavini onu da əlavə edib ki, Rusiya və onun Ermənistandakı qulbeçələri ölkədə qarışıqlıq yaratmaq istəyirlər. Lakin Şirinyanın fikrincə, Kremlin tapşırıqlarını İrəvanda həyata keçirməyə hazırlaşan qüvvələr artıq əvvəlki kimi xain missiyalarını yerinə yetirmək imkanlarından məhrumdur: "Bundan sonra revanşizm Ermənistanda qalib gələ bilməz. Onların istəkləri budur ki, II Qaregin yerində qalsın, kilsəmiz Rusiyaya xidmət etsin”.

Levon Şirinyan vurğulayıb ki, Rusiya Ermənistandakı tərəfdarlarını müxalifət cəbhəsində cəmləməyə və Paşinyan hökumətinə qarşı güclü komanda yaratmağa çalışır. Amma Kremlin bu cəhdləri də artıq nəticə vermir: "Rusiyanın bütün səylərinə baxmayaraq, Ermənistan müxalifəti hakimiyyətə qarşı birləşə bilmir. Çünki Köçəryan və Sərkisyan arasında ciddi münaqişə var".

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan iki gün əvvəl "Factor TV"yə müsahibəsində Rusiyanın TRIPP layihəsində mümkün iştirakını absurd adlandırmışdı. O, demişdi ki, TRIPP Ermənistan və Amerikanın layihəsidir: “Əgər söhbət oxşar marşrutun və ya oxşar yolun açılmasından gedirsə, mənim fikrimcə, bu, ayrıca bir təşəbbüs olmalıdır, amma TRIPP çərçivəsində bunu bir az absurd hesab edirəm. Çünki bu, TRIPP-in işləməsinin qarşısını almaq üçün hər şeyi etmək demək olardı”.

Elxan SALAHOV

Oxşar xəbərlər