21.10.2024, 00:00
AZ EN
06.02.2024, 13:55 250

40 ildir ermənilərə işləyən şəxsdən etiraf: Ermənilər çox pisdir!

XƏBƏRLƏR
  • "Qarabağ bizim üçün əldən getdi. Qarabağı qaytarmaq üçün boş ümidlər bəsləmək özünü tam aldatmaqdı. Çünki Qarabağ geri qaytarılmayacaq şəkildə itirilib. Kim hakimiyyətə gəlirsə bu acı həqiqəti deməlidir. Bir də kimsə desə ki, gəlib Qarabağı qaytaracam, deməli açıq-aşkar yalan danışacaq. Qarabağı heç kim qaytara bilməz".

Bunu erməni arxiyepiskopu Mikael Acapaxyan deyib.

“Ermənilər üçün bir nömrəli problem emosiyalardan qurtula bilməməkdir. Məsələn, Sərdarabad biabırçılıqdır. Niyə biabırçılıq? Çünki bu, min ildə yeganə uğurlu hadisədir. Böyük erməni xalqının isə min illik tarixində bir uğurlu işi var və bu da ayıbdır. Amma biz o qədər emosional insanlarıq ki, bu biabırçılığı böyük bir hadisəyə çevirdik. Ermənilər üçün hər şey səhvdir, qələbə anlayışı yanlış, məğlubiyyət anlayışı yanlış, dövlət anlayışı yanlış, kilsə anlayışı yanlışdır. Deməli, obyektiv reallıq budur ki, ermənilər çox pisdir. Mən pessimistəm, çünki ən pisini görürəm, 40 ildir bu xalqla işləyirəm və 0,4% belə uğur qeydə almamışam. Ümumiyyətlə erməni xalqının özü haqqında çox yanlış təsəvvürü var. İdeal xalq olduqlarını düşünürlər, əslində isə ən utancverici, ən xəstə və müalicəyə ən çox ehtiyacı olanlardır. Paşinyan bir şeyi düzgün etdi, bizə reallığımızı göstərdi, amma bu reallıqla barışmaq istəmirik. Deyirik ki, yox, bu təxribatdır. Bəli, yaxşı zabitlərimiz, generallarımız var idi, amma ordumuz məğlub və məhv oldu. Lakin bunu qəbul etmək istəmirik. Paşinyan deyir ki, çoxları ordudan qaçıb və müxtəlif səbəblərdən xidmətdən azad edilib. Burada Paşinyanın günahı varmı? Məgər bunu Nikol təşkil edib?”, – Acapaxyan bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər