Qarabağdan köçənlər Ermənistandan da gedəcəklərini bildirirlər
XƏBƏRLƏR
Baş nazirin müavini Mher Qriqoryanın sədrliyi ilə Ermənistan hökumətinin bu gün keçirilən növbəti iclasında Qarabağdan köçən ermənilərin məskunlaşdırılması istiqamətində görülən işlərdən daha çox danışılıb.
Qeyd olunub ki, sözügedən məsələyə münasibət birmənalı olmadığına görə problemlər artmaqdadır. Qarabağdan köçənlərin əksəriyyəti isə başqa ölkələrə, xüsusilə Rusiya Federasiyasına üz tutmağı daha münasib sayır.